“Sputnik Latviya”nın baş redaktoru Marat Kasem Riqada saxlanılıb, o, casusluqda ittiham olunur.
Bizimxeber.az bildirir ki, o, Rusiyaya qarşı sanksiyaları pozmaqda və casusluqda şübhəli bilinir. Bu gün jurnalistin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan məhkəmə prosesi keçirilib: "Kasemin vəkili onun girov müqabilində azadlığa buraxılmasını israr etdi, lakin məhkəmə həbs qətimkan tədbiri seçmək qərarına gəldi. Bu gün jurnalist artıq Riqa mərkəzi həbsxanasına köçürülüb " .
Casusluq maddəsinə əsasən onu 20 ilədək həbs cəzası gözləyir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva jurnalistin saxlanma şəraitini aydınlaşdırır.