Məhkumun torpağa basdırdığı silah tapıldı - Foto

Ədliyyə Nazirliyi Penitensiar xidmətin və Bakı istintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Sabunçu rayon Polis idarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. 

Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyevin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında torpağa basdırdığı lüləsi və qundağı kəsilmiş 6 ədəd patronu ilə birlikdə qoşa lüləli ov tüfəngi aşkar edilərək götürülmüşdür.
 
Faktla bağlı araşdırma aparılır.