Məhkəmə Tofiq Yaqublunun həbsdə saxladı

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublu həbsdə saxlanma müddəti uzadılıb.

Bununla bağlı onun qızı Nigar Həzi sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova prokurorun vəsatətini təmin edib.

Qərara əsasən, T. Yaqublu barəsində həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılıb.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.