Məhkəmə Azadlıq Partiyası ilə bağlı qərar verdi - Partiya ləğv edildi

"2024-cü il dekabrın 4-də Bakı şəhər Apellyasiya məhkəməsindən zəng edərək mənə dekabrın 5-də Ədliyyə Nazirliyinin iddiası üzrə məhkəmə iclası olacağı barədə məlumat verilib". 

Bizimxeber.az Nuh.az-a istinadən bildirir ki, bu barədə Azadlıq Partiyasının sədri Əhməd Oruc açıqlamasında deyib.

Ə.Oruc bildirib ki, dekabrın 5-də isə məhkəmədə partiyanın ləğvi ilə bağlı sifarişli qərar çıxarılıb: "Azadlıq partiyası qeydiyyat üçün sənədlərini 2023-cü il avqust ayının 21-də təqdim edib. 

Ötən 1 il 4 ay ərzində partiyaya rəsmi cavab verilməsə də Ədliyyə Nazirliyindən zəng edilərək partiyanın qeydiyyata alınması üçün problem olmadığı, qurultay keçirilməli və nizamnamədə dəyişiklər olmalı olduğu bildirilib. Sonradan Ədliyyə Nazirliyinin rəsmiləri Prezident Aparatı ilə partiyanın problemi olduğunu bildirib. Hakimiyyət  tərəfindən partiyanın özünü buraxması üçün müxtəlif təkliflər, təzyiqlər, bazarlaşma cəhdləri olub".

"Məhkəmə partiyaya iddia ərizəsi və “partiyanın ləğvinə səbəb olan faktlarla" tanış olmağa imkan verməyib. Azadlıq partiyasının fəaliyyətinin məhkəmə vasitəsi ilə dayandırılması hakimiyyətin sifarişi əsasındadır olub və partiyanın siyasi mövqeyi ilə bağlıdır. Bu məsələ barədə yaxın zamanda partiyanın əlavə açıqlaması olacaq"- deyə Əhməd Oruc bilririb.