Medvedçuk dünyaya hansı mesajı çatdırdı? - Danışıqlara kölgə salır...

"Vladimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması Ukraynada sülhün bərqərar olmasına gətirib çıxarmayacaq".

Bizimxeber.az bildirir ki, bunu "Daha Fərqli Ukrayna" hərəkatının sədri Viktor Medvedçuk yazıb. Onun sözlərinə görə, yalnız Rusiya qoşunları ölkəyə davamlı sülh gətirə bilər.

"Zelenskini sıradan çıxarmaq heç də Ukraynada sülhün bərqərar olması demək deyil. Yalnız Rusiya qoşunları Ukrayna vətəndaşlarına sülh gətirə bilər, çünki Ukraynanın yeni hökmdarları Zelenskidən köklü şəkildə fərqlənməyəcək.

Kiyevdə ABŞ və Böyük Britaniyanın himayə etdiyi müharibə partiyası hakimiyyətdədir. Buna görə də Zelenskinin vəzifəsindən kənarlaşdırılmasının Vaşinqton və London lobbiləri arasında rəqabətin güclənməsinə səbəb ola bilər".