Media: Zelenski Britaniyaya gəlib 

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla qızğın görüşündən sonra Birləşmiş Ştatları tərk etdikdən sonra Böyük Britaniyaya enib. 

Bizimxeber.az bildirir ki, Ukrayna prezidentinin gəlişi barədə Britaniya mediası, xüsusən BBC , Sky News və The Guardian xəbər verib. Sky News hava limanında Ukrayna prezidentinin istifadə etdiyi güman edilən Ukrayna nümayəndə heyətinin təyyarəsinin fotosunu dərc edib.

Bazar günü Ukrayna prezidenti Londonda Böyük Britaniyanın baş naziri Keir Starmerin təşkil etdiyi Ukrayna və Avropanın təhlükəsizliyinə dair böyük sammitdə iştirak edəcək. Srağagün Ağ Evdə baş verən mübahisədən sonra Starmer Ukrayna prezidenti ilə telefon danışığı aparıb və onu London sammitində gözlədiyini təsdiqləyib.

Həmçinin bildirilib ki, Baltikyanı ölkələr Böyük Britaniyanın liderlərini martın 2-də Ukrayna ilə bağlı keçiriləcək sammitə dəvət etməməsindən artıq narazıdırlar