MEDİA-nın Müşahidə Şurası üzvlərinin sayı azaldıldı – FƏRMAN

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli fərmanında dəyişiklik edilib. 

Bununla bağlı dövlət başçısı fərman imzalayıb. 

Hazırda Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Fərmanla həmin üzvlərin sayı 4-ə endirilir.