Moldova daxilindəki seçki məntəqələrində səs verən seçicilərin səslərinin 100 faizinin hesablanmas başa çatıb.
Bizimxeber.az bildirir ki, gecə yarısı MSK Moldova daxilindəki bütün 1988 seçki məntəqəsində, o cümlədən hökumətin nəzarətində olmayan Dnestryanı bölgə sakinlərinin səs verdiyi məntəqələrdə səslərin hesablanmasının başa çatdığını elan edib.
1 milyon 353 min seçici səs verib ki, onun da 51,19 faizi (692 min 533 səs) namizədliyi İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyası tərəfindən irəli sürülən Aleksandr Stoyanoqloya verilib. Qalan 48,81% (660 226 səs) hazırkı qərbpərəst və Ukraynayönlü prezident Maya Sanduya verilib.
Kişinyovda isə Sandu liderdir, o, 57,38% səs toplayıb və Botanikadan başqa şəhərin bütün rayonlarında qalib gəlib. O da maraqlıdır ki, Sandu Dnestryanı sakinlərin səs verdiyi məntəqələrdə 20%-dən çox səs toplayıb.
Bildiyiniz kimi, ümumi saya xarici seçki məntəqələrindəki səslər də daxildir ki, bu da həlledici olub - diaspora sayəsində Sandu seçkilərdə əhəmiyyətli fərqlə öndə olub.
Seçkilər bir sıra insidentlərlə müşayiət olunub, xüsusən də Moldovada keçirilən seçkilər zamanı Sandanı dəstəkləyən diasporun dörd məntəqəsi “minalanıb” . Eyni zamanda, naməlum şəxslər Dnestryanıdan səs vermək üçün getdikləri körpünü “minalayıblar”.