Mask tviter əməkdaşlarının 50%-ni işdən çıxaracaq

Tviter sosial şəbəkəsinin yeni baş direktoru İlon Mask şirkətdə 3700 işçini ixtisar etməyi planlaşdırır. 

“Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu, şirkət əməkdaşlarının yarısı deməkdir. Maskın 3700 işçini ixtisar etməkdə məqsədi isə xərcləri azaltmaqdır. 

Bildirilir ki, İlon Mask şirkət əməkdaşlarına öz qərarı barədə məlumatı noyabrın 4-ü vermək istəyir. O, bundan əvvəl şirkət əməkdaşlarının 75%-ni işindən azad edəcəyini açıqlamışdı.

Xatırladaq ki, amerikalı milyarder İlon Mask oktyabrın 28-i tviteri 44 milyard dollara alıb. Milyarder tviteri aldıqdan dərhal sonra bütün rəhbər şəxsləri istefaya göndərərək şirkətin yeganə baş direktoru olub.