Mask Baydeni ittiham etdi - Milyardlarla dollar...

Texnologiya milyarderi İlon Mask ABŞ prezidenti Co Baydenin administrasiyasını ehtiyacı olan amerikalılar üçün nəzərdə tutulan milyardlarla dolları qeyri-qanuni immiqrasiyaya yönəltməkdə ittiham edib.

Bizimxeber.az bildirir ki, Mask sosial media platforması X-də yazdığı paylaşımında Bayden administrasiyasının yardım fondlarını məqsədindən yayındıraraq, qeyri-qanuni immiqrasiyanın asanlaşdırılmasına sərf etdiyini iddia edib.

O, bu vəziyyəti "tam qarışıqlıq" adlandırıb.

Bundan əlavə, Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) "qurtarılması lazım olan qurdlar topu"na bənzədərək, qurumun fəaliyyətini sərt şəkildə tənqid edib.

O, həmçinin ABŞ Xəzinədarlığını fırıldaqçılara və terrorçulara ödənişləri təsdiqləməkdə günahlandırıb.

İlon Maskın bu açıqlamaları ABŞ-da siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Respublikaçı çevrələr onun tənqidlərini dəstəklədiyi halda, Bayden administrasiyasının tərəfdarları bu iddiaları əsassız hesab edib. Ağ Ev hələlik Maskın açıqlamaları ilə bağlı rəsmi mövqe bildirməyib.