Masazırda gənc intihar məqsədilə krana çıxdı - Video

Abşeronda bir nəfər kranın üzərinə çıxaraq intihara cəhd edib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Hazırda gəncin krandan endirilməsi istimqamətində iş aparılır. Görüntülərin Masazır qəsəbəsində lentə alındığı deyilir.

***

FHN-nin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda xilasedicilər hadisə yerindədir və intihara cəhd etmək istəyən şəxslə profilaktik söhbət aparırlar.