Marko Rubio ilk səfərini Panamaya edəcək

ABŞ-ın yeni dövlət katibi Marko Rubio gələn həftə Latın Amerikasına, əsasən Panamaya səfər etməyi planlaşdırır.

Bizimxeber.az bildirir ki, bi barədə "Bloomberg" məlumat verib. 

Nəşr bildirir ki, Rubionun Panama səfəri prezident Donald Trampın Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətinin ciddiliyini göstərir. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Rubio Qvatemala, El Salvador və Kosta-Rikaya da səfər etməyi planlaşdırır.

Bu səfərin Rubionun ABŞ-ın baş diplomatı kimi and içməsindən sonra onun xaricə ilk səfəri olacağı gözlənilir. Bu, Trampın Mərkəzi Amerika vasitəsilə qeyri-qanuni miqrasiyaya son qoymağa və insanların öz ölkələrinə deportasiyasına diqqət yetirdiyini vurğulayır.