Mariupoldan insanların deportasiya olunduğu video

Mariupolda rus hərbçiləri yerli əhalini Rusiya Federasiyası ərazisinə deportasiya edir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə görüntüləri Mariupol merinin müşaviri Petr Andryuşşenko sosial şəbəkə hesabında paylaşıb.

“Mariupol. Deportasiyanın necə baş verdiyini ilk dəfə görə bilərik. “Metro” ərazisi. Avtobuslar xidmət göstərir və evakuasiya elan edilir. Eniş zamanı artıq avtobusun Novoazovski rayonunun Bezımennoe kəndinə, oradan isə Rusiyaya getdiyini bildirirlər.

Rusiya hərbçiləri və “rəsmi könüllülər” ərazini tərk etmək və “evakuasiya”dan imtina etmək cəhdlərinin qarşısını alırlar. 21-ci əsr. Avropanın mərkəzi. Mülki şəxslərin deportasiyası. Sürrealizm Mariupolda reallığa çevrilib”, - paylaşımda bildirilib.

Həmin kadrları təqdim edirik.