"Mariupoldakı dram teatrına qəsdən hava zərbəsi endiriblər" - Amnesty İnternational

"Rus işğalçıları Mariupoldakı dram teatrına qəsdən hava zərbəsi endiriblər". 

Bizimxeber.az bildirir ki, bu barədə Beynəlxalq Amnistiya Təşkilatının hesabatında deyilir.

Amnesty İnternational təşkilatının araşdırması belə nəticəyə gəlib ki, Rusiya hərbi qüvvələri mart ayında Mariupol Dram Teatrına hücum edərək hərbi cinayət törədiblər. 

Təşkilat əmindir ki, rus işğalçıları orada yüzlərlə dinc sakinin gizləndiyini bilsələr də, teatrı qəsdən atəşə tutublar.

 Amnesty İnternational sağ qalanlarla sorğu keçirib və geniş rəqəmsal sübutlar toplayıb. Belə bir nəticəyə gəliblər ki,  hücum iki 500 kq bomba atan Rusiya qırıcıları tərəfindən həyata keçirilib.

Amnesty International təşkilatının baş katibi Aqnes Kallamard deyib ki, bir neçə aylıq diqqətlə araşdırmadan, peyk görüntülərinin təhlilindən və onlarla şahidin dindirilməsindən sonra biz zərbənin Rusiya qüvvələri tərəfindən törədilmiş açıq-aşkar hərbi cinayət olduğu qənaətinə gəldik.

Hesabatda qeyd olunur ki, zərbə vuran Rusiya təyyarələri Su-25, Su-30 və ya Su-34 kimi çoxməqsədli qırıcılar olub, onlar yaxınlıqdakı Rusiya aerodromlarında yerləşdirilib və tez-tez Ukraynanın cənubunda fəaliyyət göstərirdilər.