Maqdeburqda insanları öldürən şəxin kimliyi bəlli oldu - Qaçqın, psixiatr...

Almaniyanın Maqdeburq şəhərində Milad bazarında izdihama hücumda şübhəli bilinən şəxsin qaçqın olduğu üzə çıxıb.

Bizimxeber.az bildirir ki, Taleb A. adlı şəxs qaçqın statusunu 2016-cı ilin iyulunda alıb. O, Almaniyada psixiatriya və psixoterapiya sahəsində tibb mütəxəssisi kimi çalışıb.

Kişi 2006-cı ildən Almaniyada yaşayır. 

“Reuters” Səudiyyə Ərəbistanındakı mənbəyə istinadən iddia edir ki, krallıq Almaniya hakimiyyətinə Taleblə bağlı xəbərdarlıq edib. İnsayderin sözlərinə görə, həmin şəxs X sosial şəbəkəsində ekstremist bəyanatlar dərc edirmiş.

Şübhəlinin mürəkkəb bloqu olduğu və terrorizm və insan alveri ittihamı ilə Səudiyyə Ərəbistanında yerli hakimiyyət orqanları tərəfindən axtarışa verildiyi barədə məlumatlar da ortaya çıxıb. O, Almaniyaya gələrək siyasi sığınacaq istəyib.