Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıl AES-də və Radioaktiv Tullantıların İdarə Edilməsi üzrə Mərkəzi Müəssisədə (CWRM) yoxlama aparıb.
Bizimxeber.az xəbər verir ki , bu barədə Dövlət Nüvə Tənzimləmə Müfəttişliyi məlumat yayıb.
Bildirilir ki, MAQATE nümayəndələri lazımi yardımın göstərilməsi, daha dəqiq desək, yoxlanılan müəssisələrin texniki təchizatının yenilənməsi məqsədilə müəssisələrin maddi-texniki bazasının mövcud vəziyyətini öyrəniblər.