"Mango Natural" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində külli miqdarda cərimə tərtib edilib.
Bizimxeber.az bildirir ki, şirkət əmək müqaviləsi hüquqi qüvvəyə minmədən B.G. adlı şəxsi "məhsul üzrə menecer" vəzifəsinə təyin edib və həmin şəxs işlərin yerinə yetirilməsinə cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Mango Natural" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə protokol tərtib olunub.
Həmin maddəyə əsasən, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə "Mango Natural" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib və 20000 manat məbləğində inzibati cərimə olunub.