Malatyada zəlzələ araşdırması: Daha 25 adam həbs olundu

Malatyada baş verən zəlzələdə ziyan vuran və dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində nəzarətə alınan 50 nəfərdən 25-i məhkəmə tərəfindən həbs edilib.

Bizimxeber.az bildirir ki, onlar barəsində həbs qərarı çıxarılaraq həbsxanaya göndərilib.

Digər tərəfdən, qaçan 2 şübhəlinin tutulması istiqamətində işlər davam edir.