Fransa ABŞ prezidenti Donald Trampın Qəzza zolağına uzunmüddətli sahiblik təklifini qəbuledilməz adlandırıb.
Bizimxeber.az bildirir ki, Emmanuel Makron CNN telekanalına müsahibəsində deyib ki, "Fələstin anklavı səhra ərazisi deyil".
Makronun sözlərinə görə, iki milyon insan hələ də Qəzzada yaşayır və oranı tərk etmək istəmir: "Qəzza səhra ərazisi deyil, iki milyon insanın yaşadığı və qalmaq istədiyi torpaqdır. İki milyona get deyə bilmərsən".
Makron Qəzza zolağı ilə bağlı Fələstin xalqının öz dövlətinə sahib olmaq istəyinə hörmətlə yanaşacaq siyasi həll yolunun tapılmasını təklif edib. Həmçinin Misir və İordaniyanın suverenliyinə hörmət etməyə çağırıb.
Qeyd edək ki, Tramp bildirib ki, ABŞ Qəzza zolağına uzunmüddətli sahiblik haqqında düşünür. O qeyd edib ki, bu məsələni bir çox siyasətçilərlə müzakirə edib.