Makron Ukraynaya səfər edə bilər

“Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər etməyə hazırdır”.

“Le Parisien”ə istinadən xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal Ukrayna Prezidenti Volodimir Zelenskinin Makronu yenidən ölkəsinə səfərə dəvət etməsinə münasibət bildirərkən deyib.

“Makron Kiyev də daxil olmaqla oraya getməyə hazırdır”, - deyə o əlavə edib.