Makron Putinlə danışmaq üçün səbəb axtarır

Fransa prezidenti Emmanuel Makron, Kişinyovda keçirilən Avropa Siyasi Cəmiyyətinin sammitindən sonra mətbuat konfransı zamanı Rusiya prezidenti Vladimir Putinlə indiyə qədər danışacaq heç bir şeyinin olmadığını bildirib.

“Fransa hər zaman hamı ilə dialoqa hazır olub. Əgər fürsət yaranarsa və onların məzmunundan asılı olaraq, danışıqların yeni mərhələsini istisna etmirəm. Bu gün isə faydalı söhbət üçün mövzu yoxdur " deyə Fransa prezidenti bildirib.

Onun sözlərinə görə, Rusiya dövlətinin başçısı ilə söhbət üçün ciddi mövzu Zaporojjya AES-in təhlükəsizliyinin təmin edilməsi məsələsi ola bilər. Makron xatırladıb ki, Ukraynada silahlı münaqişə başlayanda Rusiyanın xüsusi hərbi əməliyyat keçirməsi ilə bağlı Putinlə bir neçə telefon danışığı olub.