Makron Papadan Putinə zəng etməyi xahiş edib

Fransa prezidenti Emmanuel Makron Roma Papası Fransisklə görüşüb. 

O qəbul zamanı pontifikdən Rusiya prezidenti Vladimir Putinə və patriarx Kirillə, eləcə də Amerika prezidenti Co Baydenə zəng etməyi xahiş edib. 

Makron hesab edir ki, bu yolla pontifik Ukraynadakı münaqişənin həllində yardımçı ola bilər. Bundan əlavə, siyasətçi Frensisi “Ukraynada sülhü təşviq etməyə” çağırıb.