Fransa prezidenti Emmanuel Makron bildirib ki, İranın nüvə proqramı geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.
Bizimxeber.az bildirir ki, o, İranın Yaxın Şərqdə əsas strateji və təhlükəsizlik problemi olduğunu deyərək, bu Trampın yeni ABŞ administrasiyası ilə aparacağı dialoqda prioritet məsələ olacağını xatırladıb.
"İran Fransa, avropalılar, bütün regionda və ondan kənarda böyük strateji və təhlükəsizlik problemidir. Nüvə proqramının sürətləndirilməsi bizi geri dönüşü olmayan nöqtəyə çox yaxınlaşdırır".
Makron deyib ki, liderlər 2025-ci ilin oktyabrına qədər İrana qarşı sanksiyaların bərpası mexanizmini işə salıb-etdirməmələri barədə özlərinə sual verməlidirlər.