Fransa prezidenti Emmanuel Makron Suriyanın yeni lideri Əhməd əl-Şara ilə ilk telefon danışığını edib.
Bu barədə AFP xəbər verib. Makronla əl-Şara arasında söhbət Suriya tərəfi amıqlayıb, Yelisey sarayı isə hələlik onun təfərrüatlarını açıqlamayıb.
Zəng Emmanuel Makronun təşəbbüsü ilə baş tutub.
Makron Suriyada keçid dövrünün təşkilinə dəstəyini ifadə edib və Parisin Suriyanın dirçəliş və inkişaf yolunu açmaq üçün Əsədin hakimiyyəti dövründə tətbiq edilən sanksiyaları ləğv etməyə çalışacağını qeyd edib. Makron əl-Şərəni ziyarətə dəvət edib.