Makron ABŞ-ın ATACMS-larla bağlı qərarını dəstəkləyib

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirməsinə icazə verməsini dəstəkləyib. 

Bizimxeber.az bildirir ki, bu barədə "Politico" məlumat yayıb. Makronun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Ukraynaya müvafiq icazə verməklə “yaxşı qərar” verib.

O əlavə edib ki, Bayden belə bir addımı Rusiyanın Şimali Koreya qoşunlarını cəlb etmək qərarı ilə Ukraynaya qarşı müharibəni daha da genişləndirmək yolunu seçməsinə cavab olaraq atıb.

Fransa prezidenti Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində jurnalistlərə deyib ki, Rusiya eskalasiyaya qərar verən yeganə dövlətdir... ABŞ-ın qərarına məhz bu parçalanma səbəb olub.