Mahaçqalada antiterror əməliyyatı rejimi tətbiq edilib - Yaraqlılar zərərsizləşdirilib

Mahaçqalanın Kirovski rayonunun Semender kəndində dörd silahlının avtomat silahlardan yol polisi əməkdaşlarına atəş açması səbəbindən antiterror əməliyyatı rejimi elan edilib. 

Bizimxeber.az bildirir ki, daha sonra hücum edənlərin qarşısı kəndin kənarında alınıb və zərərsizləşdirilib. Milli Terrorla Mübarizə Komitəsinin (MQK) məlumatına görə, cinayəti törədənlərin İŞİD-lə əlaqəsi olub.

“Toqquşma yerində və yaxınlıqdakı anbardan qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və onlar üçün döyüş sursatı aşkar edilib”, - deyə idarədən bildirilib.