NATO müttəfiqləri “uzun yol” getməyə və Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləməyə hazırdırlar.
Bizimxeber.az "RaiNews" a istinadən bildirir ki, bu barədə bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Madriddə NATO-nu dəyişdirən sammitimiz var: müdafiə və çəkindirmə ilə bağlı mühüm qərarlar qəbul edəcəyik, Alyansı modernləşdirəcəyik, Strateji Kompası təsdiq edəcəyik, Asiya tərəfdaşlarımızla, eləcə də İsveç və Finlandiya ilə əlaqələrimiz olacaq".
Onun sözlərinə görə, müdafiə xərclərinin artırılması ilə bağlı qərar da veriləcək.