Macarıstan qaçaq Polşa nazirinə siyasi sığınacaq verdi

Macarıstan Polşa ədliyyə nazirinin keçmiş müavini Marçin Romanovskiyə siyasi sığınacaq verib.

Bizimxeber.az bildirir ki, bu barədə onun vəkili Bartoş Levandovski bildirib. 

Deputat Romanovski Ədliyyə Fondundan vəsaitlərin qanunsuz xərclənməsi işi üzrə aparılan təhqiqatda əsas şübhəli şəxslərdən biridir.

Qeyd edək ki, Polşada Respublika Ədliyyə Nazirliyinin keçmiş rəhbərinin müavini Marçin Romanovski korrupsiyada şübhəli bilinərək saxlanılıb.