Macarıstan Gürcü diplomatları üçün viza rejimi tətbiq etməyəcək

Macarıstan Aİ-nin gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin dayandırılması qərarını tənqid edib və ölkəsinin Gürcüstanla mövcud razılaşmanı dayandırmayacağını bildirib.

Bizimxeber.az bildirir ki, Macarıstan Aİ-nin Gürcüstanın rəsmi və diplomatik pasportlarının sahibləri üçün vizasız rejimi dayandırmaq qərarını Brüsselin Gürcüstan hakimiyyətinə “xristian, vətənpərvərlik və ailə dəyərləri tərəfdarı” olduğuna görə “cəzası” kimi görür.

“Macarıstan Gürcüstanla rəsmi və diplomatik pasportlar üçün vizasız gediş-gəlişlə bağlı mövcud razılaşmanı dayandırmayacaq, çünki Macarıstan hökuməti hesab edir ki, Gürcüstanın gələcəyi Gürcüstanda həll olunmalıdır və gürcülər Brüsselin xoşuna gəlsə də, istəməsə də, öz seçimini edib. ", - InfoStart onun sözlərini sitat gətirib.