Macarıstan AB-nin Venesuela seçkiləri ilə bağlı bəyanatına veto qoyur

Macarıstan hakimiyyəti Venesuelada keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı Avropa İttifaqının birgə bəyanatına qarşı çıxıb.

Bizimxeber.az bildirir ki, nəşr iki məmura istinad edir.

Onlar bildiriblər ki, Aİ ölkələri Venesueladakı seçkilər zamanı nöqsanlar və qanun pozuntuları ilə bağlı narahatlıqlardan bəhs edən birgə bəyanat dərc etmək niyyətindədirlər.

Lakin Macarıstan bu sənədə veto qoyub.

Nəticədə Avropa diplomatiyasının rəhbəri Xosep Borrell bu məsələ ilə bağlı yalnız öz adından açıqlama verib. O, səsvermə qeydlərini əldə etməyə çağırıb.

Bundan əvvəl Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov ölkədə keçirilən seçkilərin bir sıra ölkələr tərəfindən tanınmamasını dövlətin  daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Kreml həmçinin Venesuela müxalifətini prezident seçkilərində məğlubiyyəti qəbul etməyə və ölkə xalqının qərarını qəbul etməyə çağırıb.