Belarus prezidenti Aleksandr Lukaşenkoya Minsk Avtomobil Zavodunun istehsalı olan 60 nəfərlik avtobus hədiyyə edilib.
Bizimxeber.az bildirir ki, Lukaşenko "Mən avtobusa minmirəm, qoy insanlar ondan istifadə etsinlər. Avtobusu sığınacaqlı sosial-pedaqoji mərkəzə hədiyyə edirəm" deyə bildirib.
Bundan əvvəl Lukaşenkoya Minsk D4 125 motosikleti hədiyyə edilmişdi.
Minsk şəhər texnoparkının ərazisindəki motosiklet zavodu ilə tanışlıq zamanı dövlət başçısı bu hədiyyəni dövlətə verməyəcəyini qeyd edib.