Lukaşenkonu kim devirə bilər? - Maraqlı ssenari açıqlandı

"Aleksandr Lukaşenko dövlət çevrilişi nəticəsində, xüsusən də Kalinovski alayının döyüşçülərinin iştirakı ilə hakimiyyəti itirə bilər".

Bizimxeber.az bildirir ki, bu sözləri Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya deyib.

Tixanovskayanın sözlərinə görə, Belarusda Ukraynada döyüşən Kalinovski alayının əsgərlərinə böyük hörmət və ümidlə yanaşırlar, çünki onlar gələcəkdə Belarus ordusunun əsasına çevriləcəklər: "Həmçinin çoxları gözləyir ki, sonda Kalinovskinin alayının döyüşçüləri Belarusu azad edəcək. Təbii ki, burada çoxlu ssenarilər ola bilər. İstərdim ki, hər şey sülh yolu ilə baş versin, amma kim bilir, necə olacaq". o əlavə edib.

Siyasətçi vurğulayıb ki, o, ədalətli seçkilər vasitəsilə Belarusda hakimiyyətin sülh yolu ilə dəyişməsi ssenarisinə ümid edir:"Ancaq təbii ki, daha çox ssenari ola bilər. Saray çevrilişi ola bilər. Burada isə hazırda Ukraynada olan hərbçilərimiz rol oynaya bilər. Amma biz hazır olmalıyıq", - Tixanovska deyib.

Eyni zamanda Belarus müxalifətinin lideri vurğulayıb ki, Belarusda azad seçkilər yalnız bütün siyasi məhbuslar azad edilərsə, söz və fikir azadlığı təmin olunarsa, baş tuta bilər.

Qeyd edək ki, Belarusda prezident seçkiləri  2025-ci il yanvarın 26-da keçiriləcək.