Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna üzrə sülh danışıqlarına çağırıb.
Bizimxeber.az bildirir ki, bu barədə "BelTA" məlumat yayıb.
“Ukraynada sülh istəyirsənsə, sabahdan sülh haqqında danışmağa başlayaq. Amma siz - Qərb bunu istəmirsiz” deyə Lukaşenko bildirib.
Lukaşenko həmçinin münaqişənin genişlənməsində Qərbi günahlandırıb, sülh istəməməkdə ittiham edib.