Lukaşenko: "Ukraynada sülhə bir neçə günə nail olmaq olar"

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün bir neçə gün ərzində əldə oluna biləcəyi fikrini bildirib.

Bizimxeber.az bildirir ki, bu barədə BelTA yazır.

"Əgər avropalılar bunu səmimiyyətlə istəsələr, bir neçə gün ərzində sülhə nail olmaq olar", - Belarus lideri bildirib. O, avropalıları yer üzündə sülhün hökm sürməsi üçün hər şeyi etməyə çağırıb.