Lukaşenko təcili Moskvaya gəldi

Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya gəlib.

Bizimxeber.az bildirir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətinə yaxın "Pul Pervoqo" Telegram kanalı məlumat yayıb.

Dövlət başçıları təhlükəsizlik və müdafiə məsələləri, eləcə də iqtisadi və siyasi məsələləri müzakirə etməyi planlaşdırırlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə , Putin və Lukaşenko Novo-Oqaryovoda görüşəcəklər.