Belarus məhkəməsi Nobel Sülh Mükafatı laureatı Ales Byalyatskini 10 il müddətinə azadlıqdan məhrum edib.
Bizimxeber.az bildirir ki, bu barədə “Belta” məlumat yayıb .
Məhkəmə Bialiatskini qaçaqmalçılıqda və "ictimai qaydanı kobud şəkildə pozan qrup hərəkətlərini" maliyyələşdirməkdə təqsirli bilib.
Hüquq müdafiəçisi özünü təqsirli bilməyib.
2022-ci ildə Ales Byalyatsky Rusiyanın "Memorial" hüquq müdafiə mərkəzi və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi ilə birlikdə Nobel Sülh Mükafatı laureatlarından biri olub.