Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətməkdə təqsirli bilinən 32 nəfəri əfv edib.
Bizimxeber.az bildirir ki, bu barədə BELTA məlumat yayıb.
“Bunlar səkkiz qadın və 24 kişidir. Onların hamısı təqsirli olduqlarını etiraf edib, əməllərindən peşman olub və əfv olunmasını istəyiblər”, - materialda deyilir.
Qeyd olunur ki, 17 nəfər xroniki xəstəlikdən əziyyət çəkir, onlardan biri isə əlildir.
Bundan əvvəl Lukaşenkonun ekstremizmlə bağlı cinayət işi üzrə daha 31 məhkumu əfv etdiyi bildirilirdi.