Lukaşenko daha 29 siyasi məhbusu əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko “ekstremizm”də təqsirli bilinən daha 29 nəfərin əfv fərmanını imzalayıb.

Bizimxeber.az bildirir ki,I bu barədə "BelTA" məlumat yayıb. 

Əfv olunanlar arasında 11 qadın və 18 kişi var. 15 nəfərin xroniki xəstəliyi, iki nəfərin əlilliyi mövcuddur. 

Qeyd edək ki, sonuncu dəfə Lukaşenkonun belə bir qərarı noyabrın 21-də 32 nəfərə aid olmuşdu. Bu əfvlə paralel olaraq Belarusda siyasi motivli işlərlə bağlı məhkəmə prosesləri davam edir.