Belarus prezidenti Aleksandr Lukaşenko “ekstremizm”də təqsirli bilinən daha 20 nəfər üçün əfv fərmanı imzalayıb.
Bizimxeber.az bildirir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Əfv olunan 20 nəfərin adı çəkilməsə də, onların hamısının “ekstremizm” maddəsi ilə mühakimə olunduğu məlumdur.
Bildirilir ki, əfv olunan 11 qadından bu 20 nəfərdən 14-ü xroniki xəstəliyə tutulub, 10 məhkumun uşağı, bir qadının 4 uşağı var. Belarus prezidentinin mətbuat xidməti iddia edir ki, guya onların hamısı “əfv üçün müraciət edib və əməllərinə görə peşman olublar”.