Luiziana ştatında fövqəladə vəziyyət

ABŞ Prezidenti Co Bayden Luiziana ştatında fövqəladə vəziyyətin elan olunması ilə bağlı sərəncam imzalayıb. Buna səbəb “Nikolas” tropik qasırğasının ştata yaxınlaşmasıdır.

Məlumata əsasən, Bayden, həmçinin yerli rəhbərlik qurumlarına federal yardımın ayrılması ilə bağlı göstəriş verib. 

Baydenin sərəncamı yerli qurumlara Daxili Təhlükəsizlik Nazirliyi və ABŞ-ın Fövqəladə Hallar üzrə Federal İdarəsi tərəfindən yardımın göstərilməsini nəzərdə tutur. 

Qeyd edək ki, qasırğa Texas ştatına da çatıb. Qasırğanın episentri Friport şəhərindən 40 km cənub-qərbdə yerləşir və təxminən 17 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir.