Los-Ancelesdə yeni yanğın: On minlərlə insan təxliyə edilir

Los-Anceles qraflığında (ABŞ) yenidən yanğın başlayıb.

Bizimxeber.az bildirir ki, yanğınn Los-Anceles şəhərindən təxminən 45 mil şimal-qərbdə, bir neçə yaşayış məntəqəsi və məktəblə həmsərhəd olan dağlıq ərazidə Castaic gölünün yaxınlığında başlayıb.

Bildirilir ki, bir neçə saat ərzində yanğın sahəsi təxminən 10 min hektara çatıb. Evlərə və iş yerlərinə hələ ziyan dəyməyib.

Xatırladaq ki, Los-Anceles qraflığında meşə yanğınları yanvarın 7-də başlayıb. Səlahiyyətlilərin məlumatına görə, yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Ən azı 24 nəfər ölüb. 12,3 mindən çox bina, o cümlədən təkcə yaşayış binaları deyil, məktəblər, kitabxanalar, kilsələr, mağazalar, restoranlar, banklar da dağıdılıb. Yanğın səbəbindən bir çox məşhurlar evlərini itirib.