Los-Ancelesdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Los-Ancelesdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. 

Bu barədə "Daily Mail" hüquq-mühafizə orqanına istinadla xəbər yayıb. Bildirilir ki, şübhəli şəxs "Vudlend Hillz" adlanan ərazidə sakinlərin köməyi ilə saxlanılıb.

12:44

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Bu barədə Los-Anceles dairə Məhkəmə-Tibb Ekspertizası Departamentindən bəyan edilib. Bildirilir ki, hazırda ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi davam edir. "Yanğın vəziyyəti və təhlükəsizlik mülahizələrinə görə qurum bütün ölüm hallarına reaksiya verə bilmədiyindən identifikasiya bir neçə həftə çəkə bilər", - deyə bəyanatda vurğulanıb.