“Londonda diplomatlarımız təhdid və təhlükə altında fəaliyyətlərini davam etdirir” - Səfir

“Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır”.

Bu sözləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb. 

“Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”, - deyə o əlavə edib.

O qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər: “Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”.