Liz Trass seçkilərdə uduzdu

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass iyulun 4-də keçirilən parlament seçkilərində səslərin hesablanmasından sonra Cənub-Qərbi Norfolk seçki dairəsində seçkiləri uduzub, bu, onun üçün "alçaldıcı zərbə” və mühafizəkarlar üçün ən böyük itkilərdən biri olub.

Bu barədə "İndependent” məlumat yayıb.

Trass leyboristlərin məğlubiyyətindən sonra 26,195 səs qazanaraq 2019-cu il seçkilərindən sonra Cənub-Qərbi Norfolkdan İcmalar palatasının üzvü olub. 
İyulun 4-də keçirilən seçkilərdə Trass leyborist Terri Cermiyə təxminən 600 səslə uduzub. 

Fəallar deyirlər ki, Trass seçki kampaniyası zamanı nisbətən az çıxış edib, risklər və ciddi seçki təzyiqləri gözləməyib, çünki o, 14 ildir regionun deputatı olub, "The Guardian” yazır.

Liz Trass 2022-ci ilin sentyabrında Boris Consondan sonra Böyük Britaniyanın Baş naziri olub, geniş vergi endirimləri və daha güclü iqtisadi artım vəd edib. O, bu vəzifəni rekord qısa müddətə - cəmi 45 gün, oktyabrın 20-nə qədər tutub.