Livan bombalama əməliyyatı Netanyahu tərəfindən təsdiqləndi

Livandakı peycer partlayışları baş nazir Benyamin Netanyahu tərəfindən təsdiqlənmiş İsrail əməliyyatıdır.

Bizimxeber.az bildirir ki, bu barədə Amerika nəşri yazıb. Bildirilir ki, Netanyahu öz kabinetinin üzvləri və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşlər zamanı əməliyyatı təsdiqləyib.

Bundan əvvəl keçmiş amerikalı kəşfiyyatçı Edvard Snouden Livanda peycerlərin partladılmasının quraşdırılmış partlayıcı qurğuların işləməsi ilə bağlı olduğunu irəli sürmüşdü .