"Ehtiyac yaranarsa, Litva Gürcüstan prezidenti Salome Zurabişviliyə sığınacaq verməyə hazırdır".
Bizimxeber.az bildirir ki, bu barədə Litva prezidentinin baş müşaviri Asta Skysgirite bildirib. Eyni zamanda Skysgirite qeyd edib ki, prezident Zurabişvili hazırda “Tiflisdə öz xalqının yanında olacağını açıq şəkildə bəyan edib”.
“Əlbəttə, belə bir ehtiyac yaranarsa, Litva Zurabişviliyə sığınacaq verəcəkdi”, - deyə o bildirib.
Bildiyiniz kimi, Gürcüstanda hakimiyyətin 2028-ci ilə qədər Avrointeqrasiya prosesini dayandırması ilə bağlı bəyanatı ilə təhrik edilmiş hakim “Gürcü Arzusu” partiyasına qarşı etirazlar bir neçə gündür ki, davam edir.