Litva Seymi Rusiyanın “Vaqner” özəl hərbi şirkətini terror təşkilatı kimi tanıyan qətnamə qəbul edib.
Bizimxeber.az bildirir ki, bu barədə BNS agentliyi xəbər yayıb.
Qətnamədə deyilir ki, Rusiyanın özəl hərbi şirkəti "Vaqner" terror təşkilatıdır, onun üzvləri və muzdluları dövlətin və cəmiyyətin təhlükəsizliyinə təhdid yaradır.
Eyni zamanda, Litva parlamenti Rusiya hakimiyyətinin dəstəyi ilə yaradılmış Vaqner kimi hər hansı muzdlu qruplaşmaların Ukraynada təcavüz cinayəti törətmək üçün istifadəsini qətiyyətlə pisləyib.