Tbilisidə baş verən son hadisələr fonunda Litva prezidenti Gitanas Nauseda ölkənin qərbyönlü kursunu müdafiə edən gürcüləri və prezident Salome Zurabişvilini dəstəklədiyini bildirib.
Bizimxeber.az bildirir ki, bu barədə o, X (Twitter) səhifəsində bəyanat yayıb. Onun sözlərinə görə, Litva “qətiyyətlə gürcü xalqının və onun Avropa arzusunun yanındadır.
Xanım prezident Zurabişvili, Gürcüstanın Avropa yolunu qoruyub saxlamaq üçün lazım olan səylərdə sizə güc və cəsarət arzulayıram. Gürcüstan Avropadır", - Nauseda yazıb.