Lionel Messi qərarını verdi - Klubdan ayrılır

"Paris Saint-Germain" klubunun baş məşqçisi Kristof Qaltye argentinalı futbolçu Lionel Messinin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. 

Bizimxeber.az bildirir ki, Kristof Qaltye deyib ki, futbol tarixinin ən yaxşı oyunçusunu yetişdirmək şansı olub: "Klermont matçı Lionel Messinin Parc des Princes-dəki son oyunu olacaq".

Messi PSJ-nin heyətində 74 oyunda 32 qol vurub və 34 məhsuldar ötürmə edib

2021-2022 mövsümünün əvvəlində İspaniyanın "Barselona" klubundan PSJ-yə keçən Messi iki mövsümdə Fransa təmsilçisi ilə ümumilikdə 74 oyun keçirib. Argentinalı ulduz bu yarışlarda 32 qol vurub, 34 məhsuldar ötürmə edib. PSJ ilə Messi iki dəfə Liqa 1 çempionu və bir dəfə Fransa Superkubokunu qazanıb. 35 yaşlı futbolçu ötən il Qətərdə keçirilən futbol üzrə dünya çempionatında xoşbəxt sona çatmışdı.