Ağdaş rayonundan olan balaca Sevgi balamız Leykemiya xəstəliyindən əziyyət çəkir.
Hazırda ailənin kiçik maddi imkanları hesabına Milli Onkologiya Mərkəzində müalicə alan balamızın vəziyyət hər gün ağırlaşır. Həkimlər ona təcili sümük iliyi transplantasiyası əməliyyatının edilməsinin vacibliyini bildiriblər. Əks təqdirdə balaca Sevgini itirə bilərik.
Əməliyyatın qiyməti 100.000 manatdır və ailənin buna maddi imkanı yoxdur.
Balaca gözəl balamızın sağalması üçün ona yardım əlimizi əsirgəməyək! Bir addım ataq və Sevgi balamızı xilas edək!
Sevgi Rəhimlinin yaşaması üçün böyük şans var bə bu şansı ona tanıyaq...
Dəstək olaq, bir balamızı xilas edək.